Ağcabədidə avtomobillə traktor toqquşdu, ölən var

Ağcabədidə avtomobillə traktor toqquşdu, ölən var

Hazırda oxunan: Ağcabədidə avtomobillə traktor toqquşdu, ölən var

199212

Ağcabədidə minik avtomobili traktorla toqquşub, ölən var.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) istinadən xəbər verir ki, hadisə Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə "Belarus" markalı traktor toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO