İyunun 26-da saat 16 radələrin Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Gəncə şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:15 / 26.06.2024
Gəncədə 45 yaşlı qadının öldürülməsi, digər şəxsin xəsarət almasına görə cinayət işi BAŞLANIB
Hazırda oxunan: Gəncədə 45 yaşlı qadının öldürülməsi, digər şəxsin xəsarət almasına görə cinayət işi BAŞLANIB
Hazırda oxunan: Gəncədə 45 yaşlı qadının öldürülməsi, digər şəxsin xəsarət almasına görə cinayət işi BAŞLANIB
199185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.