Azərbaycanlı kriminal avtoritet Türkiyədə ÖLDÜRÜLDÜ - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet Türkiyədə ÖLDÜRÜLDÜ - FOTOLAR

Hazırda oxunan: Azərbaycanlı kriminal avtoritet Türkiyədə ÖLDÜRÜLDÜ - FOTOLAR

199171

İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov güllələnərək qətlə yetirilib.

 

Sfera.az xəbər verir ki, oktyabrın 26-na keçən gecə ağır xəsarət alaraq İstanbuldakı özəl klinikalardan birinə çatdırılan Şərur rayon sakini E.Qasımovun həyatını xilas etmək mümkün olmayıb.

 

Bildirilir ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.

 

Fotoda Elnur Qasımov ("Qardaşoğlu") və qardaşı Emin Qasımov (Naxçıvanski)

 

 



Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO