FHN -in Qəbələdəki hərbi hissəsində Silahlı Qüvvələri Günü QEYD olunub

FHN -in Qəbələdəki hərbi hissəsində Silahlı Qüvvələri Günü QEYD olunub

Hazırda oxunan: FHN -in Qəbələdəki hərbi hissəsində Silahlı Qüvvələri Günü QEYD olunub

199153

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını 106 - ci ildönümü münasibətilə FHN Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində şəhid ailələri və qazilərlə görüş keçirilib.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ şəhid ailələri qrupunun təşkilatçısı Təranə Alməmmədova məlumat verib.

Tədbirdə şəhid ailələri, qazilər, hərbi hissənin komandir, zabit və əsgər heyəti, rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də Qəbələ rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi haqqinda məlumat verilib. Eyni zamanda Vətən Müharibəsi günlərində şanlı ordumuzun rəşadətindən bəhs olunub, əsgər və zabitlərimizin qəhrəmanlığı haqda danışılıb. Qeyd edilib ki, xalqımız 44 günlük Vətən Müharibəsi günlərində bir yumruq ətrafında birləşərək işğalçılara öz yerini göstərə bildi. Ötən ilin sentyabr ayında isə 24 saat ərzində Azərbaycan əsgəri dövlətimizin suverenliyini tam təmin edərək şanlı bayrağımızı Xankəndiyə sancmağı bacardı. Çıxışlarda o da diqqətə çatdırıldı ki, bütün Azərbaycan xalqı kimi Qəbələdən olan əsgər və zabitlər, könüllülər ilk gündən döyüşlərdə mərdliklə vuruşdu. Mərhum general Polad Həşimovun eləcə də digər soydaşlarımızın qanları yerdə qalmadı.

Daha sonra hərbi hissə komandiri şəhid və qazi ailələrinə dövlətin göstərdiyi diqqət və qayğıdan danışıb, tədbirdə fəal iştirak edənlərə, təşkilatçılara Fəxri Fərmanlar verib.

Tədbir vətənpərvər ruhda musiqi sədaları və şeir nömrələri altında davam edib.









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO