Sərnişinin avtobusdan yerə yıxılaraq xəsarət almasına AYNA-dan AÇIQLAMA

Sərnişinin avtobusdan yerə yıxılaraq xəsarət almasına AYNA-dan AÇIQLAMA

Hazırda oxunan: Sərnişinin avtobusdan yerə yıxılaraq xəsarət almasına AYNA-dan AÇIQLAMA

199145

Xəbər verdiyimiz kimi bu gün  Bakı-Saray-Sumqayıt xətti ilə işləyən 585 nömrəli marşrutun sürücüsü qapını açıq vəziyyətdə idarə etdiyi üçün sərnişin yola yıxılıb və başından zədə alıb. Hadisə səhər saatlarında Novxanı qəsəbəsi istiqamətində baş verib. Şahidlər bildirirlər ki, 585 nömrəli marşrutun sürücüsü avtobusu qapıları açıq vəziyyətdə sürüb. Salonda sıxlıq olduğuna görə sərnişinlərdən biri müvazinətini itirərək yola yıxılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 585 nömrəli avtobus Sumqayıt şəhəri 2 nömrəli xəstəxananın dayanacağında sərnişinləri mindirib-düşürən zaman bir nəfər qıcolma səbəbindən qəflətən avtobusdan yerə yıxılaraq başından zədə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücü avtobusu qapısı açıq halda idarə ETDİ - Sərnişin yola YIXILDI – VİDEO


Sərnişinin xəstəxanaya çatdırılmasına qədər ona ilkin tibbi yardım göstərilib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO