Ağcabədidə ağır QƏZA – Ölən və yaralananlar var - FOTO/VİDEO

Ağcabədidə ağır QƏZA – Ölən və yaralananlar var - FOTO/VİDEO

Hazırda oxunan: Ağcabədidə ağır QƏZA – Ölən və yaralananlar var - FOTO/VİDEO

199144

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin hələki şəxsiyyəti müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

 




Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO