Toylarda düşən davaların SƏBƏBİ nədir? – AÇIQLAMA

Toylarda düşən davaların SƏBƏBİ nədir? – AÇIQLAMA

Hazırda oxunan: Toylarda düşən davaların SƏBƏBİ nədir? – AÇIQLAMA

199140

Toylarımızda mübahisə, dava, hətta qanla bitn xoşagəlməz olayların baş verməsi ta qədimdən mövcud olub. Bu gün də belə hadisələrin baş verməsi davam etməkdədir. Toydakı davalar müxtəlif səbəblərdən baş verir. Kimisi spirtli içki içir deyə ağlı başından çıxır, kimisi mahnı üstündə, kimisi də rəqs üstündə mübahisə edir. Çox vaxt da bu cür davaların sonu qanla bitir.

Maraqlıdır, toylarımızda adət halını almış davaların səbəbi nədir?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, bu kimi problemlərin kökündə “mənəm-mənəmlik” və özünü göstərmək duyğusu dayanır:

“Bir çoxları mahnı sifariş verərkən də, rəqs edərkən də, hər bir addımında sanki özünün üstünlüyünü göstərmək istəyir, yersiz təkəbbürlük edir. Bu da istər qız, istərsə də oğlan evi arasında söz-söhbət, konfilikt yaradır. Həm toyda içki məsələsi də vəziyyəti daha da ağırlaşdırır. Diqqət etsək görərik ki, bu kimi davalar daha çox içki içənlərin arasında baş verir”.

E.Əkbərin sözlərinə görə təəssüf ki, bir çox adamlar içki içəndə özlərini apara bilmirlər:

“Bu tip insanlar özlərini nəzarətdə saxlamalıdırlar ki, içki içməsinlər. İnsan nə qədər sülhsevər və sadə olarsa, bu, onun başını daha da uca edər. Məncə həm də toylarda musiqilər sifarişlə deyil, əvvəlcədən müəyyən edilmiş siyahı ilə ifa olunsa, bu problem aradan qalxar. Bu kimi davaların olması görməmişlikdən, mədəniyyətsizlik və ədəbsizlikdən başqa bir şey deyil”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO