Şamaxı, Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA

Şamaxı, Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA

Hazırda oxunan: Şamaxı, Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA

199137

Müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, iyunun 26-sı saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Qax (Sarıbaş), Şamaxı, Qəbələ, Zaqatala, Qobustan, Xaltan, Xaçmaz, Göyçay, Zərdab, Şabran, Altıağac, Lerik, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Oğuz və Neftçalada 15-20 m/s təşkil edir.

Şamaxı rayonu Ərçiman kəndinə diametri 4-5 mm, Çuxuryurd kəndinə 10 mm, Gədəbəy və Daşkəsən rayonunlarına 12 mm diametrində dolu düşüb.

Yağan leysan yağışlar nəticəsində hazırda Kişçay, Şinçay və Ağsuçaydan sel keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO