İrlandiyanın Kork qraflığında yaşlı qadın həşərat dişləməsi nəticəsində yaranan infeksiyaya görə hər iki ayağını itirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 69 yaşlı Cozi Rouli Böyük Britaniyada anadan olub. O, 1980-ci illərdə İrlandiyaya köçüb və burada altı uşaq böyüdüb.
Həmçinin 40 ildən çox Darrus kəndində yaşayıb. Bir çox insan onu ziyarət etməyə gəlirdi. Cozi Rouli aktiv həyat tərzi keçirir və imkan daxilində könüllü işləyirdi.
2023-cü ilin sentyabrında Rouli baldırlarının həşərat dişləməsindən qaşındığını gördü. Qadın yaraların öz-özünə sağalacağına düşünüb. Lakin dişləmə yerlərinin ətrafında ağrılı yaralar əmələ gəlməyə başlayıb.
Bir neçə ay sonra Roulinin nəvələrindən biri onu müayinə üçün xəstəxanaya aparıb. Həkimlər infeksiyanın yayılmasının qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. Roulinin ağrıları onun hərəkətinə məhdudiyyət qoyub. Yaraların bədənin digər nahiyələrinə yayılmaması üçün Roulinin ayaqlarını amputasiya ediblər.
Roulinin reabilitasiyası bir ay yarım davam edib. Qadın xəstəxanadan çıxanda qızı Cen ilə evə köçüb. Roulinin qayğısına qalmaq üçün işini tərk etməli olan Cen anasının vəziyyətini belə izah edib:
"O, vaxtaşırı depressiyaya düşür, əvvəllər etdiyi işləri artıq edə bilməyəcəyini anlayır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:56 / 26.06.2024
Yaşlı qadın həşərat dişləməsi nəticəsində hər iki ayağını İTİRİB
Hazırda oxunan: Yaşlı qadın həşərat dişləməsi nəticəsində hər iki ayağını İTİRİB
Hazırda oxunan: Yaşlı qadın həşərat dişləməsi nəticəsində hər iki ayağını İTİRİB
199119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.