Qubada torpaq sürüşməsi səbəbindən Şahdağa gedən yol BAĞLANDI – FOTO

Qubada torpaq sürüşməsi səbəbindən Şahdağa gedən yol BAĞLANDI – FOTO

Hazırda oxunan: Qubada torpaq sürüşməsi səbəbindən Şahdağa gedən yol BAĞLANDI – FOTO

199116

Qubanın dağlıq Qızılqaya massuvində torpaq sürüşməsi baş verib.

Bu barədə Bizim.Media-ya Quba İcra başçısının Xınalıq ərazi nümayəndəliyindən Nəsimi Məmmədov məlumat verib. O, sürüşən ərazinin 60 hektara yaxın olduğunu, sürüşən torpağın isə Xınalıq çayına axıb gəldiyini deyib.

Sürüşmə nəticəsində Şahdağ massivinə gedən yol bağlanıb. Həmçinin sürüşən ərazinin yaylaq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazisi olduğu deyilir.
Qeyd olunur ki, sürüşmə gecə ssatlarında olsa da, hələlik proses aktiv deyil.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO