DİN əməliyyat keçirdi: 3 milyonluq narkotik vasitə ələ keçirildi – FOTO/VİDEO

DİN əməliyyat keçirdi: 3 milyonluq narkotik vasitə ələ keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: DİN əməliyyat keçirdi: 3 milyonluq narkotik vasitə ələ keçirildi – FOTO/VİDEO

199100

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib. Nəticədə 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar.

Əməliyyatlarla “qara bazar”da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO