Azərbaycandan olan zəvvarlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətini başa vurublar.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini Hacı Salman Musayev “trend”-ə açıqlamasında bildirib.
Zəvvarlar Məkkə şəhərində ziyarət dövründə Həccin əməllərini mərhələlərlə yerinə yetiribər.
Həcc Ziyarətinin zəvvarların Məkkədən sonra Mədinə şəhərini ziyarət etməsilə yekunlaşdırılması nəzərdə tutulur. S.Musayev bildirib ki, artıq bir neçə gündür Azərbaycan zəvvarları qruplarla mərhələli şəkildə Mədinəyə yola salınıb.
Salman Musayev bildirib ki, iyunun 26-dan azərbaycanlı zəvvarların Mədinədən Azərbaycana qayıdışı başlayır. Sonuncu zəvvar qrupu iyulun 1-də Azərbaycana qayıdacaq.
Bizim.Media
![Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar](https://bizim.media/file/articles/2024/06/26/1719380731_86548ce9-c3d9-44bb-9729-9741ee9852ec.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 26.06.2024
Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar
Hazırda oxunan: Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar
Hazırda oxunan: Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar
199081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.