Elm və Təhsil Nazirliyinin səlahiyyətləri ARTIRILDI

Elm və Təhsil Nazirliyinin səlahiyyətləri ARTIRILDI

Hazırda oxunan: Elm və Təhsil Nazirliyinin səlahiyyətləri ARTIRILDI

199023

Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.
Şura üzvlərinin sayı və tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcək.

Qeyd edək ki, indiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO