Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır

Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır

Hazırda oxunan: Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır

199010

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq.

Bizim.Media xəbər verir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.

Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30 624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO