“55 min müəllimin maaşına əlavələr ödəniləcək” – RƏSMİ 

“55 min müəllimin maaşına əlavələr ödəniləcək” – RƏSMİ 

Hazırda oxunan: “55 min müəllimin maaşına əlavələr ödəniləcək” – RƏSMİ 

199005

“Sertifkatlaşdırma imtahanlarına 2022-ci ildən start verilib. Hazırda 32 min müəllimin əməkhaqqısına əlavələr ödənilir. 2024-cü 21-24 iyun tarixlərində riyaziyyat və xarici dil üzrə sertifkatlaşma prosesi keçirilib və 55 min müəllimin əməkhaqqılarına əlavələrin ödənilməsi nəzərdə tutulur”.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib.

N.İsmayılbəyli qeyd edib ki, İmtahanda iştirak etməyən və minimum bal toplayan müəllimlərin sayı 8 min olub ki, onlar üçün sentyabr ayında yenidən sertifkasiya imtahanı keçiriləcək:

“Növbəti müddətdə müəllimlərin sosial və rifah halının yaxşılaşdırlması ilə bağlı addımlar atılacaq.Əməyinə xitam veriləcək müəllimlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək. İbtidai sinif üzrə sertifkatlaşdırma prosesi 4 regionu əhatə edirdi. Aşağı bal toplayan müəllimlər Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrinin müəllimləri olub”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO