Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyəti, terror aktlarını, xarici təhdidləri nəzərə alsaq, bu addımı məntiqli hesab etmək olarmı?
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, bu addım təhlükəsizlik baxımından vacib tədbirdir:
“Əvvəlcə COVID-19 virusuna görə sərhədlər bağlanmışdı. Hazırda karantin rejimi davam etdirilir. Bu addımın məntiqi əsasları var. Dağıstanda sinaqoq və kilsəyə hücum, Rusiyada baş verən son terror aktı, dünyada baş verən ixtişaşlar, qaçqın axını və s. kimi risklər sərhədlərin bağlı qalmasının labüdlüyünü göstərir. Bu, karantin rejimindən fərqli bir elementdir. Məncə, müvafiq qurumlar xalqın təhlükəsizliyini düşünürlər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 26.06.2024
“Quru sərhədlərin bağlı saxlanılması VACİBDİR” – Elmar Məmmədyarov
Hazırda oxunan: “Quru sərhədlərin bağlı saxlanılması VACİBDİR” – Elmar Məmmədyarov
Hazırda oxunan: “Quru sərhədlərin bağlı saxlanılması VACİBDİR” – Elmar Məmmədyarov
198994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.