Yeniyetmələr niyə kriminal aləmə maraq salırlar? – PƏRDƏARXASI DETALLAR

Yeniyetmələr niyə kriminal aləmə maraq salırlar? – PƏRDƏARXASI DETALLAR

Hazırda oxunan: Yeniyetmələr niyə kriminal aləmə maraq salırlar? – PƏRDƏARXASI DETALLAR

198979

Xəbər verdiyimiz kimi, Samux rayon İnstitut qəsəbə tam orta  məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Görüntülərdə şagirdlərlə bərabər məktəbin direktoru Gülsəba Abbasova da “oğru aləmi”nə aid mahnı ifa edib. 

Məktəblərdə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat olduğu halda tələbləri pozan direktor cəzalanıb və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi  tərəfindən işindən kənarlaşdırılıb. 

Ümumiyyətlə, buna bənzər hal dəfələrlə təkrarlanıb və ictimaiyyətdə birmənalı qarşılanmayıb. 

Maraqlıdır, “oğru aləmi”nin neqativ nəticələrindən başqa heç bir müsbət göstəricisi olmadığı halda şagirdlərin kriminal aləmə marağı niyə artır? Bu cür mənfi tendensiyanın qarşısını niyə ala bilmirik? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti qeyd olunan neqativ hala görə direktorun cəzalanmasını doğru addım hesab edib. O, deyib ki, belə bir səhvin bağışlanmaması düzgün qərardır:

“Qaldı ki, “oğru aləmi”nə marağın artmasına, bunun bir çox səbəbi var. Bu səbəblərin başında valideynlər gəlir. Onlar övladlarının telefonla münasibətinə, özlərinin övladları ilə ünsiyyətinə və əlaqədə olduğu şəxslərə diqqət yetirməlidirlər. Əks təqdirdə, uşaqlar özləri üçün fərqli şəxsləri rəhbər tutacaqlar. Çünki sadəcə həmin çevrədə özlərini dəyərli hiss edirlər. Müəllim, məktəb, cəmiyyət və KİV-lər isə elmi, savadı, tərbiyəni maraqlı, populyar və əyləncəli hala gətirə bilmir”. 

Ekspertin sözlərinə görə seriallarda kriminal aləmlə bağlı mövzuların artması və “oğru aləmi”ndən olan insanların həyat tərzlərinin zənginmiş kimi təqdim edilməsi şüuraltında bu tip insanlara olan rəğbəti artırır:

“Dünyanın bir çox nöqtəsində olduğu kimi elm savad, mədəniyyət cəhalət və bayağılıq qarşısında uduzur. Prosesin qarşısına keçmək isə daha da çətinləşir. Çünki artıq smartfon dövrüdür. Yalnız irimiqyaslı və çoxillik strateji planlar, həmin planların effektiv icrası ilə gənclər savadlı və mədəni insanlara rəğbət duymağa başlaya bilər. Uşaqların kriminal aləmə maraq salması biz böyüklərin davranışlarının təbii nəticəsidir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO