Təkrar sertifikasiyada 4 minə yaxın müəllim keçid balını toplaya BİLMƏYİB 

Təkrar sertifikasiyada 4 minə yaxın müəllim keçid balını toplaya BİLMƏYİB 

Hazırda oxunan: Təkrar sertifikasiyada 4 minə yaxın müəllim keçid balını toplaya BİLMƏYİB 

198978

Təkrar sertifikasiyada 4 000-ə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının bugünkü iclasında 2022 və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin uğurla keçdiyi qeyd edilib. 

Eyni zamanda ötən ildən sertifikatlaşdırmadan uğurla keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunmağa başlanıldığı vurğulanıb. 

Bildirilib ki, iyunun 8-də ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7 296 müəllim iştirak edib. Onlardan 3 386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. 

Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i, ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb. 

Xatırladaq ki, bu ilin əvvəlindən etibarən ötən il sertifikatlaşdırma imtahanından keçməyən müəllimlərə onların ehtiyaclarına uyğun Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib, müxtəlif vebinar və sınaq imtahanları təşkil olunub. 

Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyunda apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO