Yol nişanı sürücülərin çaşqınlığına səbəb olur - VİDEO

Yol nişanı sürücülərin çaşqınlığına səbəb olur - VİDEO

Hazırda oxunan: Yol nişanı sürücülərin çaşqınlığına səbəb olur - VİDEO

198911

Yevlax rayonunda yol nişanlarından biri sürücülərin çaşqınlığına səbəb olub. Məsələ ondadır ki, nişana əsasən ərazidə sürət həddi “09” km/saat göstərilir.

 

Sürücülərin sözlərinə görə, sözügedən nişan bir müddətdir ki, Mingəçevir-Bəhramtəpə yolunun Yevlaxdan keçən hissəsindədir.

 

Həmin yoldan istifadə edənlər belə vəziyyəti maraqla qarşılasalar da, nişanın yarada biləcəyi problemlərə diqqət çəkiblər. Sürücülərin sözlərinə görə, bu hal qayda pozuntularına səbəb ola bilər. 

 

Məsələ ilə bağlı “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin 6 saylı Mingəçevir regional sahəsindən bildirilib ki, sürücülərin narahatlığı haqlıdır. 

 

Qeyd edilib ki, yol nişanı naməlum şəxs və ya şəxslər tərəfindən zədəli duruma salınıb. Tez bir zamanda bərpa olunacaq. 

 

Mövzu ilə bağlı “Xəzər” TV-nin süjetini təqdim edirik: 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO