Yaşatmaq üçün ölən Azərbaycan polisləri - Onlar bir qəhrəmandır

Yaşatmaq üçün ölən Azərbaycan polisləri - Onlar bir qəhrəmandır

Hazırda oxunan: Yaşatmaq üçün ölən Azərbaycan polisləri - Onlar bir qəhrəmandır

198902

İyunun 24-də ölkə güllə səsinə oyandı… 

Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkumolunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polisəməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Nəticədə, polis əməkdaşları polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev vəpolis serjantı Mirəli Heydərov həyatlarını itiriblər. Rövşən Allahverdiyev insident zamanı qonşusunu da güllələyib.

Beləcə, bir nadanın cinayəti səbəbilə 4 insan vaxtsız bu dünyadan köçdü. 

Sual olunur:

Polis əməkdaşları Rövşənin silahlı müqaviməti zamanı niyə adekvat tədbir görməyib?

Cavab çox sadədir:

Cinayətkar polisə müqavimət göstərərkən ailə üzvlərinin, xüsusən də ananın, uşaqların arxasında gizlənib. Ona görə də polis cinayətkarı zərərsizləşdirməkdə çətinlik çəkib. 

Nəticədə, Azərbaycan polisi bir ailənin üzvlərini, məsumları yaşatmaq üçün həyatlarından keçiblər.

Bax, budur Azərbaycan polisinin qayəsi, mahiyyəti…

Hər zaman belə olub, Azərbaycan polisi. Birinci Qarabağ Müharibəsində ilk şəhid olanlar da Azərbaycan polisləri olub. Sonrakı neçə-neçə terror hadisəsinin qarşısını alan zaman ölümə gedib Azərbaycan polisi. El-obanı sel basanda da, yanğın can alanda da ilk haraya yetişən Azərbaycan polisi olub. Hələ yolda ölüm həyəcanı yaşayan, hardasa köməksiz qalan vətəndaşın səsinə səs verən Azərbaycan polisini demirik...

Ona görə də bir nəfər caninin 3 nəfər silahlı polisin ölümünə səbəb olmasının tək səbəbi insan sevgisi, vəzifə borcudur. Həmin anda Eldəniz üçün də, Mahir üçün də, Mirəli üçün də qarşıdakı insanlar hansısa cinayətkarın ailə üzvləri yox, Azərbaycanın ali vətəndaşı, yaşamaq haqqı, hüququ olan bir qrup insan idi. Ona görə də Azərbaycan polisi öz ölümləri bahasına da olsa bir kimsəyə zərər vermədi, xətər yetirmədi. Vəzifə borclarını sədaqətlə yerinə yetirərək dünyaya gözlərini yumdular. 


Yəqin ki, o mənzərənin şahidi olan ailə üzvləri həyatları boyu bu ibrətamiz və dəhşətli mənzərəni unutmayacaqlar. Onların “ata”, “həyat yoldaşı” və daha necə doğma xitablatlarla çağırdıqları Rövşən öz canı üçün onların arxasında gizlənərkən, polislər onlara görə cinayətkara bir güllə belə atmadılar. 

Belə hadisələr əsasən filmlərdə olur. 

Amma ötən gün Allahverdiyevlər ailəsi film kimi bir olay yaşadılar. Polisimiz onların həyatı üçün cinayətkarın qarşısında insanlıq nümunəsi sərgilədilər. Nəticə isə çox dəhşətli və faciəli oldu. 3 igidi  qapısına qara ələm asıldı, 3 nəsil yasa batdı...

Mahiyyətcə dünən baş verənlər bir qəhrəmanlıq hekayəsi idi. Yəqin ki, bu səhnədən hələ çox danışılacaq. Bəlkə də “3 polis” nağılı yaranacaq, gələcəkdə bu peşəni seçmək istəyən gənclər üçün bir ideala çevriləcək.

Bu olay bəlkə də bir maraqlı filmin real həyatdan götürülmüş ssenarisi olacaq.

Bütün bunlar sonra olacaq...

Amma bu gün Azərbaycan xalqı özünün 3 qəhrəmanına yas tutur. Bu insanlar öz ölümləri ilə Azərbaycan polisinin tarixinə daha bir şanlı səhifə yazdı. Əslində, Azərbaycan polisinin əksər nümayəndələri hər gün belə və buna bənzər hadisələri yaşayırlar. 

Məhz buna görə hər birimiz evimizdə hər gecə rahatlıqla yatırıq. Evə gec gələn övladlarımız, yolda qalan həyat yoldaşlarımız üçün narahatlıq keçirmirik. Çünki düşünürük ki, Azərbaycan polisi əzizlərimizi heç zaman darda, yolda qoymaz.

Polis hər zaman ayaqdadır

Bu gün bütün dövlət orqanlarının və böyük şirkətlərin qaynar xətti var. Ədalət naminə deyək ki, Daxili İşlər Nazirliyinin 102 qaynar xətti kimi operativ işləyən ikinci bir qaynar xətt yoxdur. 

Bu gün Azərbaycandakı ictimai sabitlik dünyanın istənilən inkişaf etmiş ölkəsi ilə müqayisə oluna biləcək qədər  yüksək səviyyədədir. Bu sabitlik və təhlükəsizlik mühitinin olmasında təbii ki, Azərbaycan polisinin müstəsna rolu var. 

Ona görə də hər birimiz öz vəzifələrini şərəflə yerinə yetirən hüquq-mühafizə orqanlarımızın hər bir əməkdaşına təşəkkür etməliyik. 

Əminliklə deyə bilərik ki, məsum insanların həyatını xilas etmək üçün öz canlarını belə qurban verən Eldənizin, Mahirin, Mirəlinin ruhu indi şaddır. Çünki onların fədakarlığı xalqımızın və cəmiyyətimizin asayişini qorumaq üçün polis olmağın xəyalını quran gənclərimizin yaddaşında uzun illər yaşayacaq, onlar üçün əbədi nümunə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO