Lənkəranda 90 yaşlı qadın yanaraq öldü

Lənkəranda 90 yaşlı qadın yanaraq öldü

Hazırda oxunan: Lənkəranda 90 yaşlı qadın yanaraq öldü

198890

Lənkəranda 90 yaşlı qadın yanıb. Hadisə Girdəni kəndi ərazisində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, belə ki, kənddə iki mərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə  Hissəsinə məlumat daxil olub.

FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri, texnika və canlı qüvvəsi hadısə yerinə cəlb olunub.  

Yanğının söndürülməsi zamanı  mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. 

Hadisə yerinə hüquq-mühafisə orqanları əməkdaşları baxış keçirib. 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Qeyd edək ki, bina sakinlərindən başqa kimsə xəsarət almayıb. Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO