Hüquq təhsili almaq islama ziddir? – MARAQLI NÜANSLAR 

Hüquq təhsili almaq islama ziddir? – MARAQLI NÜANSLAR 

Hazırda oxunan: Hüquq təhsili almaq islama ziddir? – MARAQLI NÜANSLAR 

198775

Son zamanlar bəzi ilahiyyatçılar islam adından absurd fikirlər söyləyir, iddialar irəli sürürlər. Məsələn bəzi ilahiyyatçılar iddia edir ki, hüquq təhsili almaq, ayıq sürücü işləmək olmaz. Təbii ki, bu kimi çıxışlar cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Bu iddialar islama nə qədər uyğundur?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, bu düşüncə yanlış və islam dininə uyğun deyil:

“Doğrudur, mümkün qədər cəmiyyətdə fəsad yaradan, günaha aparan işlərdən çəkinmək lazımdır. Ancaq ictimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil. Tutaq ki, ayıq sürücü başqa iş tapmayıb hələ ki, işləyir, ailəsinə çörək aparır. Üstəlik, ayıq sürücü hansısa avtoqəzanın qarşısını almış olur. Bəlkə də kiminisə ölümdən xilas edir. Ayıq sürücü əslində ictimai nizama xidmət etmiş olur.

Bundan başqa hüquq oxumaq niyə qadağan olsun ki? 

Lap deyək ki, siz dünyəvi hüququ öz əqidənizə görə mübah saymırsınız. Əvvəla, istənilən elm sahəsini öyrənmək nəinki günah, hətta savabdır. Öyrənmək onu istifadə etməyi vacib etmir. Peyğəmbər bir çox səhabələrinə ibrani, süryani dilini öyrənməyi tövsiyə edirdi. Elm Çində də olsa, getməyi əmr edirdi. Təbii ki, Çində İslam elmi yoxdur ki... Demək dünyəvi elm nəzərdə tutulur. 

Bax belə düşüncənin nəticəsində son əsrlərdə İslam aləmində elm, texnika, inkişaf sahəsində gerilik başladı. Gəncləri, uşaqları elmə səsləmək əvəzinə onları uzaqlaşdırırlar. 

Yaxşı deyək ki, hamı səni eşitdi, heç kəs hüquq oxumadı, bəs ölkədə bu qədər məhkəmə orqanı, hüquq mühafizə orqanları var, orada kim işləyəcək? Sabah başına bir iş gəlsə məhkəmədə kim sənə vəkillik edəcək, ərizə yazacaq? Biz dünyəvi dövlətik, bu dövlətin qanunlarını da hamı bilməli, hörmət etməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO