Şabranda fərdi yaşayış evində baş verən basqınla bağlı təfərrüatlar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, basqın edən şəxslər ev sahibləri Gülnarə və Arif Hüseynovlara balta ilə baş nahiyələrindən xəsarət yetiriblər.
MÖVZU İLƏ BAĞLI:
Şabranda evə BASQIN: Ölən və yaralanan var
Nəticədə qadın yerindəcə ölüb, həyat yoldaşının vəziyyəti isə ağırdır. Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb. Evə basqının tam səbəbi istintaqın sonunda məlum olacaq.
Əldə etdiyimiz daha bir məlumata görə, Gülnarə Hüseynova Şabran şəhərindəki 3 saylı məktəbin müəllimi olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu