Bakıda 3 polisin öldürüldüyü hadisə yerindən ilk görüntülər - VİDEO

Bakıda 3 polisin öldürüldüyü hadisə yerindən ilk görüntülər - VİDEO

Hazırda oxunan: Bakıda 3 polisin öldürüldüyü hadisə yerindən ilk görüntülər - VİDEO

198734

Bakıda 3 polisin öldürüldüyü hadisə yerindən ilk görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, REAL televiziyası əraziyə gedərək insidentlə bağlı süjet hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda atışma: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi


Daha ətraflı videomaterialda:

Xəbər verildiyi kimi, Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Qətlə yetirilən polis əməkdaşları polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO