Xankəndi şəhər prokurorluğunun binası istifadəyə verildi – YENİLƏNİB/FOTO  

Xankəndi şəhər prokurorluğunun binası istifadəyə verildi – YENİLƏNİB/FOTO  

Hazırda oxunan: Xankəndi şəhər prokurorluğunun binası istifadəyə verildi – YENİLƏNİB/FOTO  

198709

Xankəndi şəhər prokurorluğunun inzibati binası istifadəyə verilib. 

Bizim.Media xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. 

Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. 
İştirakçılar inzibati binada yaradılan şəraitlə tanış olub. 

Məlumat verilib ki, binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, dəftərxana və arxiv yaradılıb. 

Bildirilib ki, bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. 

*** 09:37

Xankəndi şəhər prokurorluğunun inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, millət vəkilləri, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edir. 



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO