Koronavirusla bağlı ŞAD XƏBƏR -  \'\'Yaxın vaxtlarda...\'\' - VİDEO

Koronavirusla bağlı ŞAD XƏBƏR -  \'\'Yaxın vaxtlarda...\'\' - VİDEO

Hazırda oxunan: Koronavirusla bağlı ŞAD XƏBƏR -  \'\'Yaxın vaxtlarda...\'\' - VİDEO

19870

Yaxın 10-14 gün ərzində koronavirusdan ölüm hallarında azalma müşahidə olunacaq. 

Bizim.Media xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişində həkim Ramin Nəriman deyib. O bildirib ki, hazırda vəziyyət müsbətə doğru gedir:

"Bu dalğada digərləri ilə müqayisədə daha az xəstə sayı müşahidə olundu. Karant rejimi tətbiq olunmadan da bu vəziyyətdən çıxmaq mümkün oldu. Düşünürəm ki, peyvəndlənmə belə aktiv olarsa, mayda bütün dünyada müsbətə doğru dəyişiklik olacaq. Növbəti aylarda həm hava temperaturu, həm də peyvəndlənmə prosesi ilə əlaqədar virus idarəolunan vəziyyətdə olacaq".

Ramin Nəriman qeyd edib ki, 3-ü dalğasında Azərbaycanda yaşlı nəsil arasında tələfat az olub

"Amma orta yaş qrupunda əksi müşahidə olundu. Çox güman ki, bu, peyvəndlənmə ilə bağlıdır. Yəni ilk yaşlı insanlar peyvənd olundu deyə, xəstəliyi yüngül keçirdilər".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO