“Diləndirilən uşaqlar. Hər gün qarşılaşdığımız mənzərədir. Ya işıqforda dayanan avtomobillərə yaxınlaşırlar, ya da küçədən keçən insanlara”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.
Nəşr mövzunu belə davam etdirib:
“Oturduğun restoran-kafedə də anidən qarşında peyda ola bilərlər. Bəzən yazığımız gələr, pul verərik, bəzən yox. Pul versək də, verməsək də, biganə yanaşdığımız dəqiqdir.
Heç düşünmüşük, bu uşaqları dilənməyə kim məcbur edir?
Yəqin ki, heç olmasa, bir dəfə düşünmüşük.
Bəs bu pulların kimlərin cibinə girdiyini, necə?
Təbii ki, düşünməklə çarə tapılmır. Hərəkət etməlisən. Biz yox, müvafiq qurumlar. Hərəkət edirlər də. Amma, görünür, ya bu hərəkət çox effektiv deyil, ya da kifayət etmir”.
Bizim.Media