“Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə də olduqca böyük maraq göstərir. Yaxın gələcəkdə biz bunların müsbət nəticələrini görəcəyik. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Cənab Prezident İlham Əliyevin bu sahədə göstərdiyi səylər imkan verəcək ki, biz artıq yaşıl enerji sahəsində ixrac edən bir dövlətə çevrilək”.
Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Prezident İlham Əliyevin “Euronews”a verdiyi müsahibəsində bildirdiyi kimi ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Bu rəqəmlər Azərbaycanın ölkə olaraq bu məsələdə necə iddialı olduğunun göstəricisidir. Çünki biz də dünyanın bir hissəsi olaraq planetə öz töhfəmizi verməliyik.
Ənənəvi enerji mənbələrindən gələn gəlirlərlə qeyri-ənənəvi enerji yollarına da sərmayələr yatırılmalıdır. Əslində bu təcrübədən digər neft ölkələri də nəticə çıxarmalıdır. Çünki təbiət hamımızındır. Hamımıız buna sahib çıxmalıyıq. Ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Biz də bunu layiqincə edirik.
Artıq böyük tərəfdaşlarımız da var. “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri də var. Bu baxımdan perspektivdə yaşıl enerji sektorunda böyük işlər görəcəyimizi indidən deyə bilərik”, - deyə millət vəkili əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:51 / 23.06.2024
“Azərbaycanın təcrübəsindən digər neft ölkələri də nəticə çıxarmalıdır” – Vüqar İskəndərov
Hazırda oxunan: “Azərbaycanın təcrübəsindən digər neft ölkələri də nəticə çıxarmalıdır” – Vüqar İskəndərov
Hazırda oxunan: “Azərbaycanın təcrübəsindən digər neft ölkələri də nəticə çıxarmalıdır” – Vüqar İskəndərov
198648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.