Bakıda ayağı sınan kişi binanın damından belə xilas edildi - VİDEO

Bakıda ayağı sınan kişi binanın damından belə xilas edildi - VİDEO

Hazırda oxunan: Bakıda ayağı sınan kişi binanın damından belə xilas edildi - VİDEO

198630

Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində vətəndaş yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1961-ci il təvəllüdlü Nizam Cəlil oğlu Məmmədov ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO