Xaçmazda tatarların milli bayramı qeyd olundu - FOTO

Xaçmazda tatarların milli bayramı qeyd olundu - FOTO

Hazırda oxunan: Xaçmazda tatarların milli bayramı qeyd olundu - FOTO

198628

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub.

Bizim.Media xəbər verir ki, iyunun 23-ü Nabranda təşkil olunan bayram tədbirində tatarların milli musiqi və rəqsləri, Azərbaycan və tatar milli mətbəxinin dadlı təamları, əyləncəli müsabiqələr təqdim edilib.

Bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Rusiyanın Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları çıxış edərək Sabantuy bayramının ölkəmizdə ənənəvi şəkildə qeyd olunmasını xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğunu vurğulayıblar.

Kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyət ilə bağlı olan Sabantuy tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.

Bayram tədbirində tatar estradasının tanınmış nümayəndələri populyar tatar mahnıları, özfəaliyyət kollektivləri isə milli folklor nümunələri ifa ediblər. Pəhləvanlar tatarların milli güləş növü olan kureşdə güclərini sınayıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO