BDU-da müəllimlərin maaşı ARTDI

BDU-da müəllimlərin maaşı ARTDI

Hazırda oxunan: BDU-da müəllimlərin maaşı ARTDI

198614

Bakı Dövlət Universitetinin (BDU) pofessor, dosent, elmlər və fəlsəfə doktorları və müəllim heyətinin maaşları artırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə BAKU.WS-ə ali təhsil müəssisəsindən məlumat verilib.

 

Bildirilib ki, BDU-nun Elmi Şuranın növbəti iclası keçirilib və cari məsələlərə baxılıb.

 

Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.

 

Eyni zamanda yığıncaqda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib. Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO