Vətən müharibəsinin iştirakçısı Bakıda xəstəxanada öldü - SƏBƏB/FOTO

Vətən müharibəsinin iştirakçısı Bakıda xəstəxanada öldü - SƏBƏB/FOTO

Hazırda oxunan: Vətən müharibəsinin iştirakçısı Bakıda xəstəxanada öldü - SƏBƏB/FOTO

198596

Yanıq xəsarətləri alan Ağstafa sakini xəstəxanada ölüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, ağır yanıq xəsərtləri alan Ağstafa şəhər sakini 1992-ci il təvəllüdlü Elvin Alıyev bu gün səhər saatlarında Bakıda Yanıq Mərkəzində dünyasını dəyişib.

Xatırladaq ki, hadisə iyunun 18 də Ağstafada baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Elvin Alıyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım olunub. Müayinə zamanı Elvin Alıyevin bədəninin 70 faizinin yandığı məlum olub. Xəstənin vəziyyəti ağır olduğunda Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.
Məlumata görə, Elvin Alıyev üzərinə neft tökərək özünü yandırıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Qeyd edək ki, Elvin Alıyev Vətən müharibəsinin iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO