Tərtərdə baş verən ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə ov zamanı baş verib.
Belə ki, 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu bacısı oğlu Süleymanlı Eltac Bəylər oğlu ilə birlikdə dovşan ovuna gediblər. A.Əhmədov qoşalülə tüfəngin çaxmağını bağlamağı unudub. O, vurduğu dovşanı götürmək, aşağı əyilərək tüfəngin qayışını kürəyinə keçirmək istəyib. Bu zaman atəş açılıb və güllə arxadan gələn E.Süleymanlıya dəyib.
E.Süleymanlı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 23.06.2024
Tərtərdə 18 yaşlı gəncin ölümü ilə bağlı YENİ DETALLAR
Hazırda oxunan: Tərtərdə 18 yaşlı gəncin ölümü ilə bağlı YENİ DETALLAR
Hazırda oxunan: Tərtərdə 18 yaşlı gəncin ölümü ilə bağlı YENİ DETALLAR
198594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.