Bu gün 10 minə yaxın müəllim İMTAHAN verir 

Bu gün 10 minə yaxın müəllim İMTAHAN verir 

Hazırda oxunan: Bu gün 10 minə yaxın müəllim İMTAHAN verir 

198439

İyunun 22 - də dövlət ümumi təhsil müəssisələrində çalışan ingilis dili müəllimləri üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi keçirilir.

Bizim.Media xəbər verir ki, bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-ə yaxın təhsilverən dəvət edilib.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.
Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. 

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 24 iyun tarixində də davam edəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO