Bu gün xarici dil müəllimləri sertifikasiya imtahanı verirlər

Bu gün xarici dil müəllimləri sertifikasiya imtahanı verirlər

Hazırda oxunan: Bu gün xarici dil müəllimləri sertifikasiya imtahanı verirlər

198433

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edəcək.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilib.

Bu gün sertifikatlaşdırmanın test imtahanı mərhələsinə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər cəlb olunacaqlar.
Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. 

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21 iyunda başlayıb. Həmin gün ölkə üzrə 9 minə yaxın riyaziyyat müəllimi imtahan olunublar.   

24 iyun tarixində isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq müəllimlərin vəzifə maaşlarına əlavələr ediləcək. Belə ki, sertifikasiyanın test imtahanı mərhələsində 30-50 bal toplayanların maaşına 10 faiz, 51-60 bal toplayanların maaşına isə 35 faiz əlavə hesablanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO