Bu gün axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan magistralının Balakənin Katex kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Türkiyə vətandaşı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı TIR-la Balakən rayon sakini Kənan Ağayevin idarə etdiyi “Mersedes” markalı 10 RO 610 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Qəza zamanı sürücüsünün meyiti sükan arxasında sıxılı vəziyyətdə qaldığından hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri sürücünün meyitini çıxararaq hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasına təhvil verib.
Hadisə şahidlərinin sözlərinə görə, “Mersedes” sürətlə idarə edildiyindən sürücü idarəetməni itirərək TIR-ın yoluna çıxıb və qəzadan yayına bilməyib.
Baş verən qəza ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma başlanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:04 / 21.06.2024
Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO
Hazırda oxunan: Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO
Hazırda oxunan: Balakəndə sürət həddini aşan “Mersedes” TIR-a çırpıldı, ölən var - FOTO
198395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.