Bir ailənin 4 üzvü serfikasiyada yüksək bal TOPLADI - VİDEO 

Bir ailənin 4 üzvü serfikasiyada yüksək bal TOPLADI - VİDEO 

Hazırda oxunan: Bir ailənin 4 üzvü serfikasiyada yüksək bal TOPLADI - VİDEO 

198390

Cəlilabadda bir ailənin 4 üzvü olan müəllimlər riyaziyyat üzrə test imtahanında yüksək nəticə toplayıblar. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, riyaziyyat müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci mərhələsində bir ailədən olan 4 şəxs yüksək nəticə göstəriblər. 

Belə ki,  Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin müəllimi 62 yaşlı Asya Yusifova 58 bal toplayarkən, onunla eyni məktəbdə çalşan qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar. 

Eyni zamanda ana Asya Yusubovanın riyaziyyat müəlliməsi olan və Cəlilabad 9 saylı məktəbdə işləyən 3-cü qızı Şikarlı Aygün də 53 bal toplamaqla ilkin mərhələni uğurla başa vurub.

Qeyd edək ki, ölkə üzrə riyaziyyat sertifikasiya imtahanlarında yüksək bal toplayan bu ailədə 5 övlad böyüyüb. Onlardan 3-ü riyaziyyatçı, biri həkim, digəri isə hüquqşünasdır.

Riyaziyyat müəllimi olan Günel Şikarlı həm də Müəllimlərin İşə Qəbulu imtahanında da ölkə üzrə ikinci olub.

Xatırladaq ki, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bu günkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 000-ə yaxın müəllim dəvət edilib. Test imtahanından sonra isə müsabiqə mərhələsi keçiriləcək.

İmtahanda uğurlu nəticə göstərən Günel Şikarlı bildirib ki, bu imtahanlar müəllimlərə həm maddi həm də mənəvi cəhətdən çox böyük stimul verir.

59 bal toplayan müəllimin təəssüratları barədə daha ətraflı videoda: 
 

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO