Son iki gündür paytaxt sakinləri “MilliÖn” terminallarının işləməməsindən şikayətlənir. Redaksiyamıza bununla bağlı gileylənən sakinlər bildirir ki, Bakının bir neçə ərazilərində fəaliyyət göstərən iri marketlərdəki ödəmə terminallarının çoxu işləmir. Xüsusilə Hövsan qəsəbəsi “7 gözəl “parkının yaxınlığındakı “Araz” və “Zahidoğlu” marketlərindəki “MilliÖN” aparatları iki gündür ki, fəaliyyətsizdir. Vətəndaşlar bunun üçün xeyli məsafə qət edərək əraziyə yerləşdirilən başqa ödəmə terminallarına üz tutmalı olublar.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “MilliÖn” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, terminalların günlərlə işləməməsi və ya texniki cəhətdən nasaz vəziyyətdə qalması mümkün deyil:
“Sistemli olaraq bütün terminallarımızın fəaliyyətini izləyə bilirik. Hər hansı problem yaranan zaman həmin an olmasa da, planlı şəkildə həmin məkanlara texniki dəstək göndərilir və mümkün qədər qısa zamanda problem aradan qaldırılır. Son iki gündə də bizə 1 sorğu gəlib və biz yerindəcə məsələni həll etmişik”.
Ülviyyə Əfəndiyeva onu da qeyd edib ki, sakinlərin şikayəti yaranan zaman “Qaynar xətt”ə zəng etsinlər ki, məsələni tez bir zamanda həll edək.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:57 / 21.06.2024
“MilliÖn” terminalları iki gündür NİYƏ İŞLƏMİR? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “MilliÖn” terminalları iki gündür NİYƏ İŞLƏMİR? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: “MilliÖn” terminalları iki gündür NİYƏ İŞLƏMİR? – RƏSMİ AÇIQLAMA
198367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.