Küləyin dağıntılara səbəb olduğu Gəncədə SON DURUM – FOTO 

Küləyin dağıntılara səbəb olduğu Gəncədə SON DURUM – FOTO 

Hazırda oxunan: Küləyin dağıntılara səbəb olduğu Gəncədə SON DURUM – FOTO 

198341

“İyunun 20-də baş verən təbii fəlakət nəticəsində Gəncədə 50-ə yaxın iri gövdəli ağac kökündən və ya qismən qırılıb. Bundan başqa güclü külək 3 şəxsi evin dam örtükləri də dağıdıb. Ümumilikdə şəhər üzrə 5 şəxsi avtomobil ağacların qırılması və üzərinə düşməsi nəticəsində əzilib. Xoşbəxtlikdən insanlar arasında xəsarət alan olmayıb”.

Bu barədə Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Yaşıllaşdırma şöbəsinin rəisi Elmar Əzizov verib. 

Onun sözlərinə görə şəhərinin Nizami Gəncəvi prospektində yerləşən obyektlərdən birinin dam örtüyü qoparaq yolun hərəkət hissəsinə düşüb.

Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Yola düşən dam örtüyü Gəncə şəhər MKTİB-in xüsusi texnikaları vasitəsilə götürülüb və prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. 

E.Əzizov əlavə edib ki, güclü külək şəhərin kommunal təsərrüfatına ciddi ziyan vurub. Ötən gün axşam şəhərin bəzi ərazilərində elekrik enerjisinin verilməsində fasilə yaranıb. Hadisə nəticəsində  iki istiqamətdə yüksək gərginlikli xəttin qırılması olub. Baş vermiş qəza aradan qaldırılıb və şəhərdə elektrik enerjisinin verilişi bərpa edilib:

“Dünən güclü külək başladığı andan MKTİB-in xüsusi briqadası yerlərdə baş verən təbii fəaləkətin nəticələrini aradan qaldırılması istiqamətində gecə yarısına qədər çalışıblar. Bu gün də bu istiqamətdə işlər davam edir. Axşam saatlarına qədər qırılmış ağacların və dağılmış ərazilərin təmizlənməsi və bərpası yekunlaşacaq”, - deyə MKTİB-nın rəsmisi bildirib. 
Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. 














Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO