Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

Hazırda oxunan: Tanınmış uşaq həkimi vəfat etdi - FOTO

198337

Respublikada tanınmış pediatr Cabbar Mustafayev dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

 

Həkimin qara ciyər xəstəliyindən vəfat etdiyi bildirilir.

 

Cabbar Mustafaayev Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 1994-2000-ci illərdə Şəki Mərkəzi Rayon Uşaq Xəstəxanasında həkim-pediatr işləyib.

 

2000-2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzdində xüsusi əlahiddə taborda tibbi xidmət rəisi, 2002-2007-ci illərdə Şəki şəhər uşaq xəstəxanasında, 2011-2012-ci illərdə "Atlas” Tibb Mərkəzində, 2012-2015-ci illərdə "Baku City” Hospitalda həkim-pediatr kimi fəaliyyət göstərib.

 

Eləcə də Baku Tehran Tibb Mərkəzində, Ege Hospitalda həkim-pediatr işləyib.

 

Allah rəhmət eləsin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO