Şəmkirdə güclü küləyin yaratdığı fəsadlar – FOTO 

Şəmkirdə güclü küləyin yaratdığı fəsadlar – FOTO 

Hazırda oxunan: Şəmkirdə güclü küləyin yaratdığı fəsadlar – FOTO 

198337

İyunun 20-də qərb bölgəsində güclü külək və yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti regionun digər şəhər və rayonlarında olduğu kimi Şəmkirin də qəsəbə və kəndlərində ciddi fəsadlar törədi.

Bizim.Media-nın yerli bürosuna açıqlamasında Şəmkirin Yeniabad kənd sakini Bilas Kamil oğlu Abbasov da təbiət hadisəsinin təsərrüafatına vurduğu zərərdən söz açıb:

“Axşam saat 6-ı olardı. Birdən dəhşətli külək başladı. Uşaqları çətinliklə evə apardım. Bir qədər sonradəhşətli bir səs gəldi. Hiss etdim ki, sanki nəsə məhlədə uçdu. Az sonra qonşular xəbər verdilər ki, mənim həyətimdə qurduğum istixanalardan birini külək aparıb. 
Çölə çıxanda gördüklərim məni dəhşətə gətirdi. Külək o qədər böyüklükdə olan dəmir konstruksiyanı yola aparıb atmışdı. Mənim evimin barısını da uçurub. Xoşbəxtlikdən həmin vaxt yoldan nə avtomobil, nə də piyada keçməyib. Külək dəmir konstruksiyanı aparan yolda böyük ağaca ilişib və onun hesabına bəlkə də ciddi tələfat və xəsarət alan olmayıb”. 

Qeyd edək ki, iyunun 20-də əsən güclü külək nəticəsində qərb regionunda 100-lərlə ağac kökündən və ya qismən qırılıb.

Bundan başqa güclü külək bəzi şəxsi evlərin dam örtükləri də uçurub. Hazırda dəyən ziyanın nəticələri aradan qaldırılır.






















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO