Ağstafada güclü külək nəticəsində 3 NƏFƏR xəsarət alıb

Ağstafada güclü külək nəticəsində 3 NƏFƏR xəsarət alıb

Hazırda oxunan: Ağstafada güclü külək nəticəsində 3 NƏFƏR xəsarət alıb

198253

Güclü külək Ağstafada da  ciddi fəsadlar törədib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, axşam saatlarında qəfildən başlayan fırtına Ağsatafanın mərkəzində iri gövdəli 2 ağacı aşırıb. 

Təbii fəlakət nəticəsində parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962-ci il təvəllüdlü İlham Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Dağkəsəmən kəndində isə fermada ağacın aşması 2006-cı il təvəllüdlü Elcan Əlibalayevin xəsarət alması ilə nəticələnib.

Rayon ərazisində onlarla ağacın qırıldığı və ya aşdığı bildirilir.

Güclü küləyin digər fəsadları müəyyənləşdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO