Ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq - Bəzi yerlərə dolu düşəcək

Ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq - Bəzi yerlərə dolu düşəcək

Hazırda oxunan: Ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq - Bəzi yerlərə dolu düşəcək

198192

İyunun 21-də günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

İyunun 23-ü gündüzədək Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan Muxtar Respublikası, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO