Xaçmazın daha 3 itkin şəhidinin kimliyi təsdiqləndi - FOTO

Xaçmazın daha 3 itkin şəhidinin kimliyi təsdiqləndi - FOTO

Hazırda oxunan: Xaçmazın daha 3 itkin şəhidinin kimliyi təsdiqləndi - FOTO

198113

"Birinci Qarabağ Müharibəsində Xaçmaz rayonundan 58 nəfər itkin düşüb. İndiyə qədər onlardan 8 nəfərin kimliyi DNT analizi ilə təsdiqlənib. İndiyədək onlardan 5 nəfər itkin şəhidin sümüklərinin qalığı doğulduqları yaşayış məntəqələrində dəfn edilib".

Bu açıqlamanı Xaçmaz icra hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev Bizim.Media-ya verib.

Onun məlumatına görə, kimliyi təsdiqlənən 3 şəhidin dəfn tarixi isə hələlik məlum deyil.

Vüqar Fərzəliyev kimliyi məlum olan üç şəhidin adlarını da açıqlayıb:

"Şahlar Hüseynağa oğlu Ağayev 1973-cü ildə Xaçmazın Ağçay kəndində doğulub.

21.01.1992-ci ildə hərbi xidmətə yollanan Şahlar həmin ilin 19 iyulunda Ağdərə istiqamətində itkin düşüb. Onun meyiti Birinci Şəhidlər Xiyabanında naməlum döyüşçü kimi dəfn olunmuşdu.

İkinci naməlum döyüşçü kimi Birinci Şəhidlər Xiyabanında basdırılan 28.08.1975-ci il təvəllüdlü Adıgözəl Əmirsultan oğlu Qasımodur.

O, 1992-ci ilin 10 sentyabrında hərbi xidmətə gedib, 1993-cü ilin 25 mayında Laçın rayonunda itkin düşüb.

Adıgözəl Qasımov Xaçmazın Keymərəz kəndində doğulub.

Ailəsinin intizarla nəşini gözlədiyi 3-cü şəhid isə Hörmət Beytulla oğlu Baratov Xaçmazın Nərəcan kənd sakini olub.

O, 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağrılıb və 1993-cü ilin 8 oktyabr günündə Qarabağda itkin düşüb.

Hörmət Baratov İkinci Şəhidlər Xiyabanında naməlum döyüşçü kimi torpağa tapşırılmışdı".

Vüqar Fərzəliyev Xaçmazdan olan 50 itkin şəhiddən isə hələlik heç bir xəbər olmadığını deyib.

Onlardan ikisinə nəşi tapılmadığına görə şəhid statusu verilib.

Digər itkin şəhidlərin kimliyinin aşkarlanması istiqamətində dövlət səviyyəsində davamlı işlər davam etdirilir.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO