Xəzər dənizinin suyunun azalması COP29-nun toplantısında müzakirə edildi

Xəzər dənizinin suyunun azalması COP29-nun toplantısında müzakirə edildi

Hazırda oxunan: Xəzər dənizinin suyunun azalması COP29-nun toplantısında müzakirə edildi

198106

"Xəzər dənizinin suyunun getdikcə azalması son illər böyük narahatlıq doğurur. Müxtəlif mülahizələr səsləndirilir. Bunun çarəsini və requlasiya yollarınə tezliklə tapmaq lazımdır".

Bizim.Media xəbər verir ki, bunu Rumıniyanın sabiq Baş naziri Petre Roman “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda panel müzakirələrində çıxışında deyib.

Petre Roman bildirib ki, Xəzər dənizinin dibində baş verən tektonik hadisələr suyun səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir.

"Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axınında da azalma müşahidə edilir.
Hazırda dünyada su hövzələrində suyun səviyyəsi azalır. Xəzər dənizi də istisna deyil. Bunun bir sıra səbəbləri var. Birinci səbəb Xəzər dənizinə tökülən çayların suyunun azalmasıdır. İkincisi isə bu, qlobal istiləşmənin nəticələrindən irəli gəlir. Qapalı hövzələrdə suyun səviyyəsinin artıb-azalması həmişə nəzərə çarpır.

Dünyada elə göllər var ki, orada vəziyyət daha acınacaqlıdır. Xəzərdə suyun səviyyəsinin daha çox düşməsinin qarşısını alan Volqa çayıdır. Ancaq son illərdə Volqa çayında da suyun səviyyəsi enir. Düşünürəm ki, COP29 bu mövzuya daha çox diqqət çəkməyə və problemin həlli yollarını tapmağa dəstək olacaq”, - deyə Petre Roman vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO