Kürdəmir sakini öz həyətində güllələndi

Kürdəmir sakini öz həyətində güllələndi

Hazırda oxunan: Kürdəmir sakini öz həyətində güllələndi

198088

Kürdəmirdə silahlı insident yaşanıb. Belə ki, sözləri düz gəlməyən kənd sakini həmkəndlisinə ov tüfəngindən atəş açaraq ona ağır bədən xəsarəti yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanının əməkdaşları cəlb olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, insident iyunun 20-də gecə saat 02:00 radələrində rayonun Carlı kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Xalid Abdullayev 1986-cı il təvəllüdlü Rüstəm Məmmədovun yaşadığı  evə gələrək ona odlu silahdan atəş açıb. Nəticədə Rüstəm ağır bədən xəsarəti alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Xalid Abdullayev rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İnsidentin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO