Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov dəfn edilib.
Bizim.Media xəbər verir ki, mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfnə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları qatılıblar.
Mərasimdə Azərbaycanın Baş Naziri Əli Əsədov da iştirak edib.
***
ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilir.
Bizim.Media-nın məlumatına görə, mərhum nazirin nəşi II Fəxri Xiyabana gətirilib.
Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.
Fəaliyyəti dövründə A.Rəhimov "Şöhrət" ordeni və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. (report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 02.05.2021
Azad Rəhimov dəfn edildi - YENİLƏNİB - FOTOLAR
Hazırda oxunan: Azad Rəhimov dəfn edildi - YENİLƏNİB - FOTOLAR
Hazırda oxunan: Azad Rəhimov dəfn edildi - YENİLƏNİB - FOTOLAR
19808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.