Şəkidə məktəb binası yandı

Şəkidə məktəb binası yandı

Hazırda oxunan: Şəkidə məktəb binası yandı

198077

Şəki rayonunun ucqar Turan qəsəbə tam orta məktəbində gecə saatlarında güclü yanğın baş verib. 

Bizim.Media-nın yerli bürosu qəsəbə bələdiyyəsinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

 Ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.

Məktəb binasının qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

İlkin məlumatlara görə yararsız hesab edilən binada yanğının da baş verməsinə elektrik naqillərindəki qısaqapanma səbəb olub. 

Yanğının nədən və hansı səbəbdən baş verməsi ilə bağlı müvafiq qurum araşdırmalar aparır.  


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO