Tovuzda ağır QƏZA: İki bacı xəsarət aldı

Tovuzda ağır QƏZA: İki bacı xəsarət aldı

Hazırda oxunan: Tovuzda ağır QƏZA: İki bacı xəsarət aldı

198038

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21011” markalı avtomobil “Belarus” markalı traktoru ötmə əməliyyatı zamanı onun təkərinə dəyərək idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı Hunanlar kənd sakinləri - 1947-ci il təvəllüdlü Güllü Alıyeva və onun bacısı - 1951-ci il təvəllüdlü Salatın Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla baglı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO