Həbib Mikayıllı: “COP29 iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərəcək”

Həbib Mikayıllı: “COP29 iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərəcək”

Hazırda oxunan: Həbib Mikayıllı: “COP29 iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərəcək”

197990

“COP29 komandası ümid edir ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərə bilər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, COP29 Təşkilat Komitəsinin Katibliyinin rəhbəri Həbib Mikayıllı Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

Onun sözlərinə görə, COP29 tarixi olacaq, çünki Bakıda keçiriləcək konfransın əsas mövzusu maliyyə məsələləridir:

“Maliyyələşdirmə məsələlərini həll etmədən iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil”.

H.Mikayıllı xatırladıb ki, altı ay ərzində COP29 komandası dünya ölkələrinin paytaxtlarına səfər edib, onların fikirlərini eşitmək, prioritetlərini, mövqelərini anlamaq üçün müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr aparıb və bu da çox uğurlu alınıb. Hazırda COP29 komandasının işi ən aktiv mərhələdədir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO